Avtomatlaşmış Telefon Stansiyasının İxtirasının Məzəli Tarixçəsi.


İlk avtomatlaşmış telefon stansiyasını Kanzas-Sitidə Dəfn Bürosunun direktoru olan Almon Brown Strowger ixtira edib. Bu ixtiraya onu ilhamlandıran səbəb isə o idi ki, günlərin bir günü bürosuna gələn zənglərin sayı qəfil azalır. Bunu görən Almon səbəbini araşdırmağa başlayır və nəticədə aydınlaşdırır ki, yerli telefon stansiyasında işləyən telefonçu qız bütün zəngləri öz həyat yoldaşının şirkətinə yönləndirir. Elə buna görə də Almon telefonçu qızları əvəz edəcək cihaz hazırlamaq qərarına gəlir. Direktor cəmi bir neçə ildən sonra 1888-ci ildə ilk avtomatlaşnış telefon stansiyasını ATS-i yaradır. 

No comments

Powered by Blogger.