Porsche 911-in Yaradıcısının Dizaynerlik Məktəbindən Qovulma Səbəbi

Bütün dünyada digər avtomobillərdən öz dizayn və xüsusiyyətləri ilə fərqlənən az saylı avtomobil modeli varsa, onlardan biri "Porsche 911"-dir. İlk dəfə 1963-cü ildə istehsal olunan bu avtomobilin dizayneri Butzi Porschedir. 

Dünyanın ən gözəl avtomobillərindən birini istehsal etməsinə baxmayaraq Butzinin təhsillə bağlı problemi olub. Belə ki o, "Waldorf School"da dizaynerlik üzrə təhsil alarkən, elə birinci ilində bacarıqlarının az olduğu hesab edilərək oradan qovulmuşdu.
Daha sonra atasının yanına işləməyə başlayan Butzi öz ideyalarını bildirsə də, şirkətin dizayn direktoru onun ideyalarını rədd etmişdi.  Onun ideyalarındakı qeyri standartlıqların qəbulu bir qədər çətin idi. Elə məhz bundan sonra da Butzi Porsche kənar müqavilə imzalayarq ilk Porsche 911 modelini yaratdı. 

No comments

Powered by Blogger.